Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə onun dayısı Vidadi Ordahallı məlumat paylaşıb. O qeyd edib ki, bacısı oğlu Nurəddin Mirzəzadə Kəlbəcərin Zar kəndində hərbi xidmətdə müəmmalı şəraitdə vəfat edib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.