Dövlət Baxçalının əmisi oğlu dünyasını dəyişib

MHP lideri Dövlət Baxçalının əmisi oğlu Əhməd Fəttahlıoğlu Qaziantepdə baş verən yol qəzasında dünyasını dəyişib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, baş verən yol qəzasında 2 nəfər ölüb.

Qəza Qaziantep-Şanlıurfa avtomobil yolunda yaşanıb.

İçərisində  Dövlət Baxçalının əmisi oğlu və keçmiş MHP Həsənbəyli rayon sədri Əhməd Fəttahlıoğlunun da olduğu avtomobil arxadan eyni istiqamətdə gedən yük maşınına  çırpılıb.

Qəzada avtomobildə olan Ahmet Fettahlıoğlu və Fadime Sevimli həyatını itirib, 5 nəfər yaralanıb. 
Ahmet Fettahlıoğlunun cənazəsi dəfn olunmaq üçün Osmaniyeyə aparılıb.

Turan