Gəncədə ADAU-nun dekanı korrupsiyaya görə saxlanılıb


Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin​ Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

"Report"un məlumatına görə, Famil Nəsibovun universitetdə aparılan korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir.

Faktı Baş Prokurorluq təsdiqləyib.