Bakıda yük qatarı 42 yaşlı kişini vurdu

Bakıda 42 yaşlı kişi yük qatarı yoluna çıxıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci kilometrində hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb.
“Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır”, - QSC-dən əlavə olunub.