Türkiyəli məşhur aşpaz göz yaşları içində müraciət etdi - VİDEO

Məşhur türkiyəli aşpaz Burak Özdəmir (CZN Burak) ölkəsində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar insanlara müraciət edib.
Göz yaşlarına hakim ola bilməyən istedadlı aşpaz deyib:
“İmkanı olan heç kim yardımını əsirgəməsin. İnsanlar dağıntılar altında qalıb, vəziyyətləri çox pisdir. Çoxlu mesaj daxil olur, əlimizdən heç nə gəlmir. Lütfən, hər bir kəs əlindən gələn yardımı əsirgəməsin”.