Türkiyədə güclü sel: ölənlərin sayı 12-yə çatdı - Yenilənib2-VİDEO

Türkiyənin Adıyaman vilayətində baş verən güclü sel konteyneri aparıb və nəticədə 1 nəfər ölüb, 10 nəfər itkin düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin zəlzələdən zərər görmüş bölgələrində güclü yağışlar davam edir, Şanlıurfa və Adıyamanda da sel baş verib.
***
Türkiyənin Şanlıurfa bölgəsində sel nəticəsində ölənlər var.
Bakupost.az NTV-yə istinadən xəbər verir ki, selin apardığı 4 nəfər ölüb.
***
Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı artıb.
Bakupost.az NTV-yə istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparıb, 2 nəfər ölüb, 1 nəfər itkin düşüb.
Şanlıurfada isə 10 nəfər ölüb.