ANAMA sədri: "BMT agentliklərinin mina probleminə diqqəti böyükdür"

BMT agentliklərinin mina probleminə diqqəti böyükdür və dəstək vermək istəkləri var.
“Report” xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, ANAMA BMT agentlikləri ilə sıx əməkdaşlıq edir:
“Sözsüz ki, BMT agentliklərinin mina probleminə olan diqqəti böyükdür. Dəstək vermək istəkləri var. Bu sahədə əməkdaşlığımızı davam etdiririk. Ümid edirik ki, bu əməkdaşlıq genişlənəcək”.
Sədr bu gün Ağdamda baş verən mina hadisəsinə BMT-nin münasibətindən də danışıb:
“BMT-də sözsüz ki, bugünkü hadisəyə kədərlənirlər. Eyni zamanda biz hər zaman bu məsələni qabardırıq və mina probleminin mülki insanlara nə qədər böyük ziyan verdiyini göstəririk. Çalışırıq ki, bu məsələ diqqət mərkəzində olsun”.