Şəmkirdə 31 yaşlı kişini tok vuraraq öldürüb

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun kəndlərindən birində qeydə alınıb. 1993-cü il təvəllüdlü Surxay Cəfərov kənd ərazisində yük avtomobilinin hərəkət etməsinə maneə törədən dəmir borunu qaldırmaq istəyərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. 31 yaşlı kişi hadisə yerində ölüb.