Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü

Bakıda gənc qız bədbəxt hadisənin qurbanı olub.

Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu Balababa Məcidov küçəsində baş verib.

Belə ki, 18 yaşlı A.Əsgərli adlı qız binanın eyvanından yıxılıb.

O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.