Gəncədə partlayış: xəsarət alan var

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.
Sherg.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Partlayış zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış VAZ-2107 markalı avtomobilə ziyan dəyib.

Araşdırma aparılır.