Oktyabrın 26-da Zaqatala rayon sakini, 1983-cü il təvəllüdlü şəxs "37-38 həftəlik hamiləlik, yalançı doğuș sancıları" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ginekologiya və doğum şöbəsində stasionar müalicəyə cəlb edilib.
Sherg.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, noyabrın 4-də saat 12:50-də pasiyentə "38-39 həftəlik hamiləlik, baş gəliși, fəsadlașmıș analıq anamnezi, yaşlı ilk doğan qadın, döl bașının yüksəkdə duruşu" diaqnozu ilə cərrahi doğuş icra edilib. Doğuş fəsadsız keçib, çəkisi 3100 qr, cinsi "oğlan" olan yenidoğulmuș doğulub. 2-3 saat sonra körpənin vəziyyəti pisləșib, müayinələr olunub, yenidoğulmuşda "yaşama qabiliyyətinə uyğun olmayan müştərək ürək qüsuru" aşkar edilib.
Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala RMX-da davam etdirilməsinə qərar verilib. Gəncə Perinatal Mərkəzdən süni tənəffüs aparatı gətirilib, Șəki Perinatal Mərkəzin neonotoloqu tərəfindən körpə süni tənəffüs aparatına qoșulub və ağciyərin süni ventilyasiyası təmin edilib. Bütün göstərilən müdaxilələrə baxmayaraq, noyabrın 7-də saat 00:30 radələrində yenidoğulmușda ölüm faktı qeydə alınıb.