Cəlilabadda 9 ədəd ağac qanunsuz kəsilib

Cəlilabadda 9 ədəd ağac qanunsuz kəsilib.
"Report"un Muğan bürosunun məlumatına görə, aidiyyəti qurumlar tərəfindən şəhər ərazisinə baxış keçirilən zaman Qurtuluş prospekti Ələt-Astara magistral yolunun kənarında, avtomobillərə texniki xidmət sexlərinin qarşısında qanunsuz olaraq ağackəsmə halı müşahidə olunub.
Sözügedən əraziyə Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, bələdiyyənin, rayon polis şöbəsinin və 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən baxış keçirilib. Baxış keçirilən zaman 9 ədəd ağacın kəsilərək ərazidən aparıldığı məlum olub.
Qeydə alınmış qanunsuz ağackəsmə halı ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.