Eyni şəhərdə, eyni gündə iki fərqli fəsil yaşanıb - FOTO

Antalyada  eyni vaxtda iki fərqli mövsüm yaşandı. Kəmərdəki Tahtalı dağının zirvəsinə qar yağıb, bəzi insanlar isə Konyaaltıda çimməyə çıxıb.

Sherg.az xəbər verir ki, Kəmərdə dünən havanın temperaturu 18 dərəcə olduğu halda, 2 min 365 metr yüksəklikdə olan Tahtalı dağının zirvəsində havanın temperaturu 7 dərəcəyə düşüb.

Hava istiliyinin sürətlə azalması ilə mövsümün ilk qarı Tahtalı dağının zirvəsinə yağıb.

Hər il yüz minlərlə insanın ziyarət etdiyi Tahtalı dağının zirvəsində saat 10.30 radələrində başlayan qar yağışı sulu qarla əvəzlənib. 



 
Tahtalıda qar yağarkən Konyaaltıda dənizdə çimənlər olub.

 
Səhər tezdən sahilə çıxanların bəziləri dənizin ləzzətini alıb, bəziləri isə üzüb.