Qaziantepin Nurdağı rayonunda evdə çıxan yanğında tüstüdən təsirlənən 3 yaşlı Abidin Kuşdan kədərli xəbər gəlib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, noyabrın 23-də günorta saatlarında Nurdağı rayonunun Kurudere məhəlləsində Kuş ailəsinin yaşadığı evdə elektrik cərəyanından yanğın baş verib.
Yanğında tüstüdən zərər çəkən Arzu Kuş və oğlu Abidin Kuş sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Təcili xidmətdə edilən ilk müdaxilənin ardından Abidin Kuş Qaziantep Şəhər xəstəxanasına sövq edilib.
Reanimasiya şöbəsində müalicə alan Abidin Kuş bu gün səhər saatlarında dünyasını dəyişib.
Kuşun cənazəsi yarıldıqdan sonra dəfn olunmaq üçün yaxınlarına təhvil verilib.