Abşeronda körpə ürək çatışmazlığından öldü

Abşeronda körpə ölüb.

Lent.az xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib.

2024-cü il təvəllüdlü Yusif Mahir oğlu İmanov yaşadığı evdə ürək çatışmazlığından ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.