Xırdalanda 64 yaşlı qadını hədələyib, sırğalarını aldılar

Abşeron rayonunun Xırdalan şəhərində 64 yaşlı qadın hədələnərək sırğaları talanıb.

Sherg.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qadın polisə müraciət edərək, yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə hədələyərək onun 800 manat dəyərində qızıl sırğalarının taladığını bildirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb.