DSMF-nin xərcləri artıb

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 4 faiz və ya 233 mln. manat çox olmaqla 6 mlrd. 288 mln. manat təşkil edib".
Bu barədə APA-ya DSMF-dən məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 211 mln. manat artaraq 5 mlrd. 124 mln. manat olub.

"Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 mlrd. 299 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 743 mln. manat çoxdur", - deyə məlumatda bildirilib.