Maşın hasara çırpıldı: ölən var

Salyanda ölüm və xəsarətlə nəticələnə yol-nəqliyyat hadisəsi olub.

Axar.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb.

Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Seymur Rafiq oğlu Məlikov hadisə yerində ölüb.

Hadisə zamanı həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Şəhriyar Rafiq oğlu Rəhimov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.