Öz itlərinə yem oldu! Pitbullar dəhşət saçdı

ABŞ-nin Kaliforniya ştatında bir kişi öz itləri tərəfindən parçalanaraq öldürülüb. Ətrafdakı insanlar dəhşətli anları təsvir ediblər.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniyalı bir adam cümə günü San Dieqo oyun meydançasında öz itləri tərəfindən parçalanaraq öldürülüb və üç vəhşi it ətrafdakıların səylərinə baxmayaraq sahibini buraxmayıb.

İtlər hücuma davam edərkən ətrafdakılar kürək və qolf dəyənəkləri ilə itləri vuraraq kömək etməyə çalışıblar.

"New York Post" xəbər verir ki, San Dieqo polisi cümə günü günorta radələrində Mesa Vikinq Qonşuluq Parkında it hücumu barədə xəbər alıb və polislər hadisə yerinə gələndə üç Pit Bullun dişlərini müdafiəsiz adama batırdığını görüblər.

Nəhayət, polis heyvanları Taserlə vurmalı olub. İtlərdən ikisi ram edilərək tutulsa da, üçüncüsü ətrafdakı məhəlləyə qaçıb.

Kişi daha sonra aldığı xəsarətlərlə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

İtlərin taleyi qaranlıq olaraq qalır.