Dəniz çəkildi: Sonuncu dəfə 1976-cı ildə olub

Türkiyənin Sinop bölgəsində dəniz bəzi nöqtələrdə çəkilib və bölgədə yaşayanlar belə bir geri çəkilmənin sonuncu dəfə 1976-cı ildə baş verdiyini bildiriblər.

Sherg.az xəbər verir ki, şəhərdə əsən güclü şimal küləyi və gelgit səbəbiylə müəyyən dövrlərdə dənizin çəkilməsi nəticəsində Güllüsu qayalarının ətrafı quruya çevrilib.

Balıqçılıqla məşğul olan İlyas Yalçın belə bir vəziyyətlə sonuncu dəfə 1976-cı ildə qarşılaşdıqlarını bildirib. Güllüsu qayaları ətrafındakı suyun o vaxt çəkildiyini xatırladan Yalçın, eyni hadisənin illər sonra yenidən baş verdiyini bildirib.

Dikilitaş adlandırdıqları qayaların ətrafının su ilə örtüldüyünü bildirən Yalçın deyir: “1976-cı ildə 15-16 yaşım olanda ayağım suya dəymədən ilk dəfə qayanın ətrafında gəzdim. Ondan sonra heç nə xatırlamıram, bu yer 1976-cı ildən bəri həmişə su altında olub”.