Türkiyənin Adana bögəsində qeyri-adi hadisə baş verib. Seyhan çayında sular çəkildiyi üçün minlərlə balıq ölüb. Çaydakı gölməçələrdə sağ qalmağa çalışan balıqları da vətəndaşlar əli ilə kisələrə yığaraq aparıb satıblar.
Sherg.az türk mediasına isstinadən xəbər verir ki, sürətli qatarın tikintisi səbəbindən suları kəsilən Seyhan çayına balıqlar üçün həyat suyu buraxılıb. Lakin qış aylarında balıqların sayının artması səbəbindən çayın gölməçələrində yaşayan minlərlə balıq tələf olub. Ölən balıqların sayı günü-gündən artdığından balıq tutmaq üçün çaya gələn vətəndaşlar vəziyyəti səlahiyyətlilərə xəbər verib.
Heç bir tədbir görülməyən çayda vətəndaşlar sağ qalan balıqları əlləri ilə kisələrə dolduraraq satmağa aparıblar.
Digər tərəfdən quşlar və itlər də suyun səthində sağ qalmağa çalışan balıqları yeməyə başlayıblar.
İbrahim Dəmir adlı vətəndaş “Seyhan çayında su kəsiləndə balıqlar ölüb. İnsanlar həmişə gəlib satmaq üçün balığı toplayırdılar. Bu mənzərə indi ürək ağrıdır” deyə bildirib.
Lütfü Akaydın son iki gündə çoxlu adamın çaya gəlib balıq tutduğunu deyir. 15 yaşlı Muhammet Talha isə əli ilə balıq toplayaraq qeyd edir: “Balıqların burada öldüyünü gördüm. Qalanlar isə suya yaxın üzürdülər. Mən indi bu balıqları yığıb satmağa aparacağam”.