“Atam həmişə deyirdi ki, mən hər kəsin həyatına görə məsuliyyət daşıyıram”.
APA xəbər verir ki, bunu AZAL-ın qəzaya uğrayan təyyarəsinin mərhum kapitanı İqor Kşnyakinin qızı hava limanındakı vida mərasimində deyib.
“Atam bütün dünyaya göstərdi ki, qəhrəmanlıq nədir. O, tək mənim yox, hər kəsin qəlbində yaşayacaq”, - mərhumun qızı Anastasiya Kşnyakina qeyd edib.