Görüntülər Türkiyənin Ərdahan bölgəsində lentə alınıb.
Sherg.az xəbər verir ki, kəndə enən canavar sürüsü qəfildən çoban itinə hücum edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.
Hadisə gecə saat 02:00 radələrində Gölə rayonunun Yeleçli kəndində baş verib.
Qarlı torpaqda ov axtaran canavar sürüsü kəndə enir.
Bu zaman küçədə gəzən çoban itinə canavarlar hücum edir. Çoban itinin mübarizəsi evin təhlükəsizlik kamerasına düşüb.
Səs-küyü eşidən ev sahibi pəncərəni açıb qışqırıb və canavar sürüsü sürətlə ərazidən qaçıb.