Minarənin ətrafında dolaşan tülkü heyrətə gətirdi

Türkiyənin Yozqat bölgəsində qeyri-adi hadisə yaşanıb. Akdağmadeni rayonu Seyrantəpə məhəlləsində hazırda tikintisi davam edən Kamal Karaer məscidinin səsgücləndiricilərində problem yaranıb. 

Sherg.az xəbər verir ki,  problemi aradan qaldırmaq üçün minarəyə çıxan elektrik ustası sürprizlə qarşılaşıb.

Kabelləri dişləyən və dinamikin işləməməsinə səbəb olan tülkü ilə qarşılaşan usta təəccüblənib. Tülkü də qorxaraq özünü minarənin eyvanına atıb.

Eyvanda gəzişən tülkü vətəndaşların mobil telefonlarının  kamerasına düşüb.