Meşədə tapılan qonur ayı balası mühafizə altına alınıb - FOTO

Karabükün Yenice rayonunda Karakaya Meşə Əməliyyat Müdirliyində çalışan işçilər meşədə anası olmayan qonur ayı balasına rast gəliblər.

Sherg.az xəbər verir ki, İşçilər vəziyyəti Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyi qruplarına bildiriblər.

Meşəyə gələn Təbiəti Mühafizə və Milli Parklar İdarəsi qrupları, anası yanında olmayan qonur ayı balasını aparıblar.


1,5 aylıq olduğu və sağlamlığının yaxşı olduğu təsbit edilən ayı mühafizə altına götürülüb.