Konyada Mərkəz Səlcuqlu rayonu, Qılıncaslan məhəlləsində, Keçiborlu küçəsində yerləşən mənzilin 3-cü mərtəbəsində özünə məxsus olduğu öyrənilən tapançanı təmizləmək istəyərkən, 77 yaşlı M.G həyat yoldaşı, 53 yaşlı Z.B.-yə tapançadan anidən atəş açıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu vaxt anasının yaralandığını görən 28 yaşlı oğlu B.B. anasının xəsarət almasına səbəb olan M,G-ni döyüb. Yaşayış binasının sakinləri silah səslərini eşitdikdən sonra hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
Səlcuqlu İlçe Təhlükəsizlik Müdirliyi Cinayətlərin qarşısının alınması və İstintaq Büro Komandirliyi qrupları, şübhəli 77 yaşlı M.G və B.B.-ni həbs edib.
Çiynindən yüngül xəsarət alan Z.B. həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün Necmettin Erbakan Universiteti Tibb Fakültəsi xəstəxanasına aparılıb.