Naxçıvanda 39 yaşlı kişi intihar edib.
APA-nın yerli bürosu xəbər verir ki, şəhərin 36-cı məhəlləsində yerləşən evdə kirayədə yaşayan 1986-cı il təvəllüdlü Adəm Həziyev orada intihar edib.
A.Həziyevin Naxçıvan Təmizlik İdarəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.