Bakıda kafe yanıb

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 102 m² olan kafenin havalandırma sisteminin mühərriki və yağ qalıqları yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.