Ağdamda azyaşlını it dişləyib

Ağdamın Qərvənd qəsəbəsində baş vermiş hadisə nəticəsində 4 yaşlı Hüseynov S. Zahir oğlu xəstəxanalıq olub.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, o, küçədə oynayarkən itin hücumuna məruz qalıb.

Qeyd edək ki, uşağa Ağdam mərkəzi rayon xəstəxanasında ilkin yardım tibbi yardım göstərildikdən sonra Bərdə diaqnostika mərkəzinə aparılıb.