Zəlzələyə hamamda yaxalandı, dəsmalla qaçdı

İstanbulda baş verən ardıcıl zəlzələlərdən sonra Marmara bölgəsində böyük panika yaşanıb. Zəlzələ Sakaryada da hiss edilib, hamamda olan bir vətəndaş dəsmalla qaçıb. 

Sherg.az xəbər verir ki, İstanbulun Silivri səmtində 6.2 bal gücündə baş verən və Sakaryada da hiss olunan zəlzələ sonrası vətəndaşlar küçəyə tökülüb. Zəlzələ anında hamamda olan bir şəxs dəsmalla küçəyə çıxarkən, bir binada işçilər heç bir şey olmamış kimi işlərinə davam ediblər. Böyük panikaya yartadan zəlzələ anında məsciddə olan və Marmara dənizində baş verən zəlzələni sosial mediada oxuduğunu bildirən Əli Yeşil, "Allah daha betərindən qorusun. Məscidə namaza gəlmişdim. İstanbulda baş verən zəlzələnin xəbəri məndə telefonla gəldi, Adapazarı mərkəzində də baş verdi. Təxminən 30-40 saniyə sürdü. İnşallah bununla ötürərik, daha betəri olmaz. 17 avqust 1999-cu il zəlzələsini yaşamış biri kimi daha yaxşı tədbirlər alınmasını diləyirəm" deyib.