Sabirabadda toyda kütləvi dava oldu
Yusif Nəzərli
05:47 14.05.2025
Hadisə
363
Sabirabadda toy məclisində bir qrup şəxs arasında kütləvi dava olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Sabirabadın mərkəzində yerləşən “Cavad” şadlıq sarayının qarşısında baş verib.
Toy məclisindən çıxan bir qrup şəxs uca səslə bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər və hadisə yerinə gələn polisin qanuni tələbinə tabe olmayıblar.
Saatlı rayon sakinləri, 1996-cı il təvəllüdlü Bəşir, 1996-cı il təvəllüdlü Pərviz, 1996-cı il təvəllüdlü Bəhram və 2000-ci il təvəllüdlü Musanın (adlar şərti verilib – red.) barəsində inzibati qaydada icraat başlanılıb.
İş üzrə izahat verən Musanın sözlərinə görə, hadisə vaxtı, 22:00-da Sabirabad şəhərində yerləşən “Cavad” şadlıq sarayında toy məclisində iştirak ediblər və bir qrup şəxslə mübahisə edən zaman polis əməkdaşları onu rayon polis şöbəsinə izahat verilməsi üçün dəvət ediblər: “Sərxoş olduğumdan polis şöbəsinə getməyə etiraz edərək uca səslə nalayiq ifadələr işlətdim. Məni nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmadım. Hazırda əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törədirəm. Rəsmi iş yerim var”.
Qeyd olunub ki, Musa şirkətlərdən birində aparıcı mühasib vəzifəsində işləyir. Digər təqsirli bilinən şəxslər isə fərdi əməklə məşğul olduqları müəyyən edilib.
Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
İnzibati qaydada barələrində protokol tərtib olunan şəxslərin işi baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onların hər biri barəsində inzibati qaydada 200 manat miqdarında cərimə olunublar və məhkəmə iclas zalından sərbəst buraxılıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya