Toyuq dönəri 40 şagirdi zəhərlədi

Türkiyənin Batman şəhərində 40 şagird toyuq dönərindən zəhərlənib.

Publika.az xəbər verir ki, Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan şagirdlərin səhhətində problem yaranıb.

Onlar Batman Təhsil və Araşdırma Xəstəxanasına aparılıblar.

Şagirdlərin bəziləri müalicə olunaraq evə buraxılıb. Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.