Bakıda xanım sürücünün maşını yandı

Bakının Binəqədi rayonunda xanım sürücünün idarə etdiyi avtomobil hərəkətdə olarkən yanıb.

Teleqraf xəbər verir ki, hadisə Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

Chevrolet markalı avtomobili idarə edən sürücü maşının yandığını görərək ətrafdakılardan kömək istəyib. FHN-nin DYMX-nin əməkdaşları hadisə yerinə gəlib. Avtomobildə olan alovlanmanın qarşısı alınıb. Salonun bir hissəsi yanğından mühafizə edilib.