Babək rayonunda evdə yanğın olub

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 170 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sherg.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.