Göydə azadlıq, yerdə faciə: Paraşütçünün həyatı iki amildən asılıdır
Yusif Nəzərli
07:43 09.07.2025
Hadisə
549
Beşbarmaq faciəsi ekstrem idmanlara baxışımızı dəyişdirməlidir
Təhlükəli idman növlərindən biri olan paraşütlə tullanma son illər Azərbaycanda da maraq doğuran ekstremal fəaliyyətlərdən biri halına gəlib. Lakin bu fəaliyyət düzgün icra edilmədikdə və təhlükəsizlik qaydalarına əməl olunmadıqda ölümlə nəticələnə bilən ağır qəzalara səbəb ola bilər. Siyəzən rayonunda Beşbarmaq dağında bir qadının qayaya çırpılaraq həyatını itirməsi bu riskləri bir daha gündəmə gətirib.
Qeyd edək ki, qayaya çırpılaaq dünyasını dəyişən Nuranə Məcidova paraşütlə tək uçuş edib. Solo uçuş edən qadının paraşütü özünə məxsus olub.
Onun paraşütlə uçuş edərkən havada idarəetməni itirdiyi bildirilir. Uçuşun 500 metr hündürlükdən icra edildiyi qeyd olunur. Siyəzənin hüquq-mühafizə orqanlarından bildirilib ki, Nuranə Məcidova Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən Beşbarmaq piri adlanan dağın zirvəsindən atlamaq üçün istifadə edilən paraşütlə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyib və idarəetməni itirərək, qayalıqlara çırpılaraq həyatını itirib.
Baş Prokurorluq da Siyəzəndə 36 yaşlı qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı ilə bağlı açıqlama yayıb. Qurumun Mətbuat xidməti xəbər verib ki, iyulun 7-si Bakı sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Ekspertlər isə qeyd edib ki, Beşbarmaq dağı kimi qaya və meşəlik ərazilərdə paraşütlə uçuşlar zamanı turbulent hava axınları ciddi təhlükə yaradır. Sərt külək və ani istiqamət dəyişmələri paraşütçünün nəzarətini itirməsinə səbəb ola bilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında ekstrim idman növləri içində paraşütdən tullanmanın ən təhlükəlisi sayıldığını vurğulayıb:
“Paraşütdən tullanan şəxsin, istər həvəskar olsun, istər peşəkar – sağlamlıq vəziyyəti buna imkan verməlidir. Hava durumu, şəxsin təcrübəsi, paraşütün vəziyyəti kimi məqamlar təhlükəsizlikdə rol oynayır. Şəxsin təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri kimi bir problemi olmamalıdır. Bundan başqa, sümük, oynaqlarda problemlər yerə düşərkən şəxsin səhhətinə zərər verə bilər. İstənilən halda idmançı, həvəskar şəxs qəzadan yüz faiz sığortalanmayıb. Amma təhlükəsizlik qaydalarına riayət olunarsa və şəxs sağlamlıq vəziyyətini nəzərə alarsa, qəza olma ehtimalı aşağı düşər. Ən əsası isə şəxsin təcrübəsi ona təhlükəli vəziyyətlərdə çıxış yolu tapmağa, vəziyyətdən çıxmağa kömək edə bilər. Bir çox ölkələrdə paraşütdən tullanmaq istəyən şəxs məsuliyyəti öz boynuna aldığı barədə sənəd imzalayır. Yəni paraşütdən tullanma çox riskli idman növüdür.
Beşbarmaqda baş verən faciə bir daha göstərdi ki, ekstremal idman, sadəcə, bir macəra deyil – bu, ciddi hazırlıq, texniki bilik və təhlükəsizlik mədəniyyəti tələb edən fəaliyyət sahəsidir. Təhlükəsizlik tədbirlərinə əməl olunmadıqda, göylərdəki azadlıq, yerə çırpılan bir faciəyə çevrilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm