14 mərtəbəli binada yanğın: İçəridə qalan sakinlər xilas edilir

Türkiyənin Kayseri şəhərində 14 mərtəbəli binada yanğın baş verib. Yanğında qapalı  yerdə qalanları xilas etmək üçün əməliyyat başlanıb.
Sherg.az xəbər verir ki, Kayserinin Talas rayonunda yerləşən 14 mərtəbəli binada çıxan yanğında içəridə qalan sakinlərin xilas edilməsi üçün işlər aparılır.
Mevlana məhəlləsi, Papatya küçəsində yerləşən binanın son mərtəbəsindəki mənzildə hələlik məlum olmayan səbəbdən yanğın başlayıb.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları göndərilib.
Dumanın təsirinə məruz qalanların xilas edilməsi üçün yanğınsöndürmə maşınının səbəti ilə əməliyyat aparılır.
Bəzi sakinlər isə yanğınsöndürənlər tərəfindən çiyinlərində daşınaraq binadan çıxarılıb.
Hazırda xilasetmə və yanğını söndürmə işləri davam edir.