"50 min manat nədir, 5 manat da ödəyəsi deyiləm" - "Oleq Bakinski"nin məhkəməsindən
Yusif Nəzərli
14:52 16.05.2025
Hadisə
263
Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sherg.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkən şəxsin vəkili Samir İsayev Valeriy Zaxarenkonun göndərdiyi sənədə əsasən barışıq olmadığını bildirib.
O qeyd edib ki, təqsirləndirilən şəxslər zərərçəkəndən bu əmələ görə üzr istəməyib, peşman olmayıb.
Vəkil maddi ziyandan əlavə dəymiş mənəvi ziyanla əlaqədar hər iki təqsirləndirilən şəxsdən birliktə 50 min manat tələb edildiyini də bildirib.
Vəkil deyib ki, V.Zaxarenko iş adamı kimi qonaq gəldiyi müəssisədə hörmətsizliyə məruz qalıb.
Daha sonra Konstantin Kuçerin vəkili ibtidai istintaqda göstərilmiş vaxtlarda müəyyən pozuntular olduğunu deyib.
Prokuror bunun hazırlıq iclasının predmeti olduğunu və məhkəmədə danışılanların əsas sübut kimi qəbul olunacağını bildirib.
Prosesin davamında mülki iddia müzakirə edilib. Zərərçəkəmişin vəkili mülki iddanın hər ikis hissəsinin - maddi və mənəvi tərəflərinin qəbul edilməsini xahiş edib.
K.Kuçerin vəkili Elşad Hacıyev təqsirləndirilənin mənimsəmə və ya dələduzluq niyyətinin olmadığını bildirib.
O, əlavə edib ki, K.Kuçerin şirkəti hər iki şirkətə qarşı müqavilədən irəli gələn öhdəlikləri yerinə gətirməyə çalışıb. O, əsas maneə kimi Konstantin Kuçerin iradəsindən asılı olmayan səbəbləri - "Günay Bank"ın və sərhədlərin bağlanmasını göstərib.
Oleq Krapivin də mülki iddaya etiraz edib. O bildirib ki, olmayan xuliqanlıq əməlinə görə 50 min manat nədir, 5 manat da ödəyəsi deyil.
Növbəti proses mayın 26-da davam edəcək.
İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.
O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər.Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.
Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya