ABŞ-ın Florida ştatında göl kənarında balıq tutan 71 yaşlı Stiv Hamilton timsah hücumu nəticəsində həyatını itirib.
Sherg.az xəbər verir ki, hadisə Florida ştatının Vinter Qarden bölgəsində, Apopka gölünə birləşən kiçik gölməçələrin yerləşdiyi Dr. Bredford Memorial Parkında baş verib. Təxminən 3,6 metr uzunluğunda olan timsah sahildə balıq tutan Hamiltona hücum edərək onu suya çəkib.
Vinter Qarden Polis Departamentinin kapitanı Maykl Meyson bildirib ki, Apopka gölündə çoxsaylı timsahlar yaşayır və ərazidə onlara rast gəlinməsi adi haldır.