ABŞ-də maraqlı hadisə: Sürücüsüz avtomobillər insanları narahat etdi

Şəhər sakinləri xüsusilə uşaqlar və ev heyvanları üçün risk yarandığını bildiriblər

ABŞ-nin Atlanta şəhərində sürücüsüz “Vaymo” avtomobillərinin bir məhəllədəki çıxılmaz küçədə saatlarla dövrə vurması sakinlərin diqqətini çəkib.

Sherg.az xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, avtomobillər bir neçə həftə ərzində səhər tezdən küçəyə daxil olur və çıxılmaz nöqtədə dəfələrlə dövrə vuraraq hərəkəti çətinləşdirir.

Sakinlər vəziyyəti yol nişanı ilə tənzimləməyə çalışsalar da, bu dəfə də avtomobillər istiqaməti müəyyən edə bilməyərək sıxlıq yaradıb.

Hadisə nəticəsində təhlükəsizliklə bağlı narahatlıqlar artıb. Şəhər sakinləri xüsusilə uşaqlar və ev heyvanları üçün risk yarandığını bildiriblər.

Şirkət “Vaymo” isə məsələ ilə bağlı açıqlama verərək problemin proqram təminatı yeniləməsi ilə aradan qaldırıldığını bildirib.