ABŞ-də qum fırtınası: 4 ölü, 29 yaralı

ABŞ-nin Kolorado ştatında qum fırtınası səbəbindən 30-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Sherg.az xəbər verir ki, hadisə Pueblo yaxınlığında, Interstate 25 avtomagistralında qeydə alınıb.

Qəza nəticəsində 4 nəfər ölüb, 29 nəfər yaralanıb. Kolorado polisinin sözçüsü Brian Lyons bildirib ki, hadisə zamanı görmə məsafəsi demək olar ki, sıfır olub.

Faktla bağlı araşdırma aparılır.