Açıq pəncərə ilə avtomobil sürmək qadının üzündə iflicə səbəb olub

Rusiyanın Rostov şəhərində avtomobildə açıq pəncərə ilə hərəkət etdikdən sonra üzünün bir tərəfində iflic yaranan 40 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Sherg.az xəbər verir ki, qadın əvvəlcə üzünün sol tərəfində ağrı hiss edib. Bir gün sonra isə sol gözü bağlanmayıb, gülümsəyərkən üzündə asimmetriya yaranıb və içdiyi su ağzının kənarından axmağa başlayıb.

Həkimlər ona üz sinirinin kəskin neyropatiyası diaqnozu qoyaraq dərman müalicəsi və fizioterapiya təyin ediblər. Müalicədən sonra qadının vəziyyəti yaxşılaşıb və üz simmetriyası bərpa olunub.

Bundan başqa, xəstəxanada göz qapağının qeyri-iradi yığılması ilə xarakterizə olunan blefarospazm diaqnozu qoyulan 45 yaşlı qadına da yardım göstərilib. Botulotoksin müalicəsindən sonra ağrılar aradan qalxıb, əzələlər boşalıb və görmə qabiliyyəti bərpa olunub.