Almaniyada Yeni il gecəsi atəşfəşanlıq nəticəsində azı beş nəfər ölüb
Yusif Nəzərli
13:13 01.01.2025
Hadisə
316
Almaniyada Yeni il gecəsi ictimai asayişin və təhlükəsizliyin təmin olunması üçün genişmiqyaslı tədbirlərin görülməsinə baxmayaraq, bir sıra şəhərlərdə ciddi qayda pozuntuları baş verib. Yeni il gecəsi atəşfəşanlıq və pirotexniki vasitələrdən istifadə Almaniyada ən azı beş nəfərin həyatına son qoyub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində ölüm halları ilə yanaşı, xeyli insan xəsarət alıb. Bundan başqa, bir neçə şəhərdə yanğınlar baş verib, bəzi hallarda polis əməkdaşlarına, yanğınsöndürənlərə, təcili tibbi yardım xidmətlərinə və ictimai nəqliyyat vasitələrinə qarşı hücumlar olub.
Ümumilikdə gecə ərzində 1900 yanğınsöndürmə əməliyyatı, 16 təcili tibbi yardım çıxışı qeydə alınıb. Berlinin mərkəzində - Brandenburq qapılarının arxasında təşkil olunan Yeni il konsertində təhlükəsizliyin təmin edilməsi üçün 4 min polis əməkdaşı və 1500 yanğınsöndürən cəlb olunub. Təkcə Berlinin Şöneberq rayonunda 36 mənzil yararsız vəziyyətə düşüb.
Ölüm halları əsasən kustar üsulla hazırlanan fişənglərin partladılması nəticəsində baş verib. Şimali Reyn-Vestfaliya əyalətində 24 yaşlı gənc özünün hazırladığı fişəngin partlaması nəticəsində həlak olub. Saksoniyada atəşfəşanlıq nəticəsində iki ölüm faktı qeydə alınıb. Oşats şəhərində böyük atəşfəşanlıqdan sonra 45 yaşlı şəxs başından ağır xəsarət alıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Saksoniyanın Hartha şəhərində 50 yaşlı kişi ailə üzvlərinin iştirakı ilə partlatdığı fişəngin təsirindən aldığı xəsarətlər nəticəsində hadisə yerində həlak olub. Hamburqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölümcül yaralanan 20 yaşlı gəncin də həyatını xilas etmək mümkün olmayıb. Brandenburq əyalətinin Havelsee-Fohrde şəhərində atəşfəşanlıq zamanı bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bundan başqa, Leyptsiq, Qmünd şəhərlərində fişəng və içki şüşələri ilə polisə hücumlar olub. Hamburq, Qelzenkirxen, Drezden, Qarbsen şəhərlərində yanğınsöndürmə briqadaları üzvləri bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. Bir neçə şəhərdə atəşfəşanlıq nəticəsində yanğınlar baş verib. Kiel şəhərində təcili tibbi yardım briqadasına və polis əməkdaşlarına qarşı hücum olub. Nəticədə polis xidməti itlərdən və bibər qazından istifadə etməli olub.
Bu hadisələr zamanı əhali arasında xeyli insan xəsarət alıb. Təkcə Berlin Qəza Xəstəxanasına 15 nəfər gətirilib. Onların bir neçəsi barmaqlarını və ya əllərinin bir hissəsini, bir nəfər görmə qabiliyyətini itirib. Münxendə atəşfəşanlıq nəticəsində üç, Rostoqda bir uşaq xəsarət alıb.
Daha bir hadisə isə Şlezviq-Holştayn əyalətinin Osdorf şəhərində baş verib. Sərxoş sürücünün avtomobili ehtiyatsızlıqdan piyadaların üzərinə sürməsi nəticəsində dörd nəfər xəsarət alıb. Onların birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisənin hücum olmasını istisna edir. Sürücünün yüksək miqdarda alkoqollu içki qəbul etdiyi bildirilir.
Gecə ərzində xidməti vəzifələrini yetirən zaman biri ağır olmaqla 15-ə yaxın polis əməkdaşı xəsarət alıb. İctimai asayişi pozmaqda şübhəli bilinən 390 nəfər saxlanılıb. Faktlarla bağlı polis tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm