Tovuzda ASAN Xidmət Mərkəzinin qarşısında hamilə qadın bıçaqlanıb.
Sherg.az Report-a istinadla xəbər verir ki, əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
***
Tovuzda hamiləni bıçaqlayan şəxs tutulub.
Polisin keçirdiyi tədbirlər nəticəsində S.Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Məmmədzadə saxlanılıb.