Ayıların iştirak etdiyi yol qəzaları: Sayı rekord səviyyəyə çatdı

Yaponiyanın şimal-şərqində yerləşən Akita prefekturasında ayıların iştirak etdiyi yol qəzalarının sayı bu ilin oktyabr ayına qədər 118-ə çataraq rekord qeydə alınıb.

Sherg.az xəbər verir ki, bu il ayı hücumları nəticəsində baş verən ölümlər 13 nəfər təşkil edərək rekord vurub, ən çox hücumların müşahidə olunduğu prefekturalardan biri olan Akita da narahatlıq doğuran bir rekordla qarşılaşıb. Prefektura polisinin məlumatına görə, ayıların qarışdığı yol qəzalarının sayı bu ilin oktyabrına qədər 118-ə çatıb.

Bu rəqəm, keçən ilin sonuna qədər baş vermiş 23 qəzadan təxminən 5 dəfə çoxdur və təhlükənin böyüklüyünü göstərir. Rəsmi məlumatlara görə, 2023-cü ildə 101, 2022-ci ildə 13, 2021-ci ildə isə 34 ayı səbəbli yol qəzası qeydə alınıb. Statistik məlumatların toplanmasına başlandığı 2020-ci ildə isə bu göstərici 26 olub. Ayıların baş verən toqquşmalardan sonra adətən hadisə yerindən qaçdığı bildirilsə də, bu il həmin qəzalarla bağlı insan yaralanması qeydə alınmayıb.

Yaponiyada ayı hücumları nəticəsində ölüm halları bu il rekord səviyyəyə çataraq 13-ə yüksəlib. Yapon hökuməti apreldən sentyabra qədər qeyd olunan ayı görünmə halları sayının 20 minə çatdığını və son 5 ilin ən yüksək səviyyəsinə yüksəldiyini açıqlayıb. Tədbir olaraq, riskli prefekturalara dəstək məqsədilə Yaponiyanın Öz Müdafiə Qüvvələri (SDF) əməkdaşları göndərilib və edilən qanun dəyişiklikləri ilə polislərə təcili hallarda ayılara qarşı silah istifadə etmək səlahiyyəti verilib.