Azad İsazadə: "Sağlam insanlar daha çox adam öldürür, nəinki ruhi xəstələr"
Məlahət Rzayeva
11:11 12.05.2020
Hadisə
1194
Şizofreniya xəstələri ev şəraitində saxlanılmalıdırmı, yoxsa dispanserdə həkim nəzarəti altında qalmalıdır? Şirvan şəhərindəki qətl hadisəsindən sonra bu suallara cavab axtardıq.
Qısaca xatırladaq ki, Şirvan şəhəri, M.Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində ölüm hadisəsi baş verib. Şizofreniya xəstəsi olduğu deyilən 1977-ci il təvəllüdlü Əkbərova Mirsəkinə Nadir qızı atası - 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib. Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş yaşayırlar. Qətl hadisəsini də onlardan biri törədib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.
Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
Şizofreniya xəstəsi olan bacı-qardaş bu dərəcədə təhlükəli idisə, niyə ev şəraitində saxlanılırdı və niyə xəsətxanada müalicə almırlar?
Kliniki psixoloq və psixoterapevt Azad İsazadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, şizofreniya xəstələri ev şəraitində qala bilir, amma burada xəstəliyin dərəcəsi önəmlidir:
- Xəstəliyin dərəcəsindən asılı olaraq şizofreniklər ev şəraitində qala bilirlər. Şizofreniyanın remissiya mərhələsi var ki, xəstəliyin bu mərhələsindəki insan ev şəraitində olur, əmək qabiliyyətini itirmir, işləyir. Şizofreniyanın dərəcələri təyin edilir, 1, 2-ci qrup əlillik dərəcəsi verilir. Dərəcədən aslı olaraq iş qabiliyyəti də ola bilər. Amma heç kim təminat verə bilməz ki, remissiya mərhələsində olan xəstədə ağırlaşma halları baş qaldırmayacaq və o, aqressivləşməyəcək. Şizofreniya xəstəsi aqressiv vəziyyətə düşərsə, bəli, ətrafdakılara zərər verə bilir. Bu, xəstəliyin aqressiv oyanma formasıdır. Belə vəziyyətdə onun necə davranacağı, hansı əməllərə əl atacağını təxmin etmək mümkün olmur. Ona görə də bu cür xəstələrin daim kiçik dozalarda dərman qəbul etmələri məsləhət görülür. Amma sizə deyim ki, sağlam insanlar daha çox adam öldürür, nəinki ruhi xəstələr.
Ruhi xəstələr dispanser şəraitində müalicə olunmalıdırmı? A.İsazadə qeyd etdi ki, vaxtilə Bakıda Psixo-nevroloji Dispanser fəaliyyət göstərirdi və şizofreniya xəstələri orada müalicə alırdı, lakin:
- Dispanser ləğv olundu, səhv etmirəmsə, onun funksiyaları poliklinikalara verildi. Poliklinikalarda nə dərəcədə buna əməl olunur, məlumatsızam. Əvvəllər qayda belə idi ki, şizofreniya xəstələri 1 il ərzində hər ay müayinədən keçməli idilər. Həkimin təyin etdiyi dərmanları qəbul edirdi, müalicəsini alırdı. Əgər 1 il ərzində ağırlaşma müşahidə edilmirdisə, o zaman şəxsə 3 aydan bir müayinə təyin edilirdi, getdikcə, hər dəfə müayinələrin müddəti uzadılırdı. Amma şəxs qeydiyyatdan çıxarılmırdı, nəzarətdən kənar qalmasın və müalicəsi kiçik dozalı dərmanlarla davam etsin deyə. Şizofreniya xəstəliyinin müayinə və müalicəsi belə olmalıdır.
A.İsazadə atanın qatilinin müəyyənləşməsinin artıq istintaq orqanlarının vəzifəsi olduğunu bildirdi:
- Belə vəziyyətdə məhkəmə-psixiatrik ekspertiza təyin edilir. Məhkəmə-psixiatrik ekspertiza 2 suala cavab tapmalıdır; şəxs ruhi xəstədir, ya yox və qətl törədilən anda anlaqlı, yaxud anlaqsız vəziyyətdə olub. Şizofreniya xəstələri də anlaqlı və ya anlaqsız vəziyyətdə olur. Anlaqlı vəziyyətdə olubsa, məsuliyyətə cəlb edilir, anlaqsız vəziyyətdə olmayıbsa, məsuliyyətə cəlb edilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm