Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1992-ci il təvəllüdlü A.Müslümanov, 1999-cu il təvəllüdlü E.Həmzəyev və 1987-ci il təvəllüdü Ş.İsmayılova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, 1992-ci il təvəllüdlü A.Müslümanov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Fuad
Fuad Nazimoğlu