Bakı seysmik zonada yerləşir: Hər an zəlzələ ola bilər - AKTUAL
Məlahət Rzayeva
11:17 28.01.2020
Hadisə
1919
Türkiyədəki dəhşətli zəlzələ paytaxt Bakının təhlükəsizliyini növbəti dəfə gündəmə gətirdi. Bakıdakı binalar zəlzələyə - neçə ballıq zəlzələyə davamlıdır, görəsən? Bir çox hallarda tikintilərin xaotik aparıldığı sirr deyil. Yaşayış binalarının tikintisində tikinti qaydalarına ciddi əməl olunduğunu da təəssüf ki, söyləyə bilmərik. Başdansovdu tikilən o qədər binalar var.
Zəlzələ isə dəhşətli fəlakətdir və xəbərsiz-ətərsiz gəlir. Allah eləməmiş, Bakıda güclü zəlzələ olsa, nə qədər bina tab gətirə biləcək?
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı “Şərq”ə açıqlamasında məsələyə aydınlıq gətirdi:
- Ötən ilədək Bakıda tikilən bütün yaşayış və inzibati binalara yerləşdikləri ərazinin seysmikliyi ilə bağlı SXM rəy verirdi. Həmin rəydə ərazinin quruluşu, qrunt sularının səviyyəsi və ərazinin seysmikliyə davamlılığı qeyd edilirdi. Bakının relyefi elədi ki, eyni küçənin bir tərəfində seysmiklik 7 ballıqdı, o biri tərəfində 8 ballıq. SXM-nin rəyindən sonra tikinti işlərinin müvafiq tələblərə uyğun aparılıb aparılmamasına isə artıq Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyi nəzarət edir. Yəni SXM seysmikliklə bağlı rəy verir. Ancaq tikinti şirkətləri buna nə dərəcədə əməl edir, artıq bu, SXM-nin səlahiyyətinə aid deyil. SXM-dən bildirildi ki, Bakıda seysmiklik əsasən 7-8 ballıqdır.
Hər bir tikilinin yeri fərdi şəkildə öyrənilməlidir. Elə yer var ki, qruntun səviyyəsi çox olur. Elə yer var ki, çökmə süxurlardı, bəzi yerlərdə isə ümumiyyətlə, torpaq qatı boşdur. Seysmikliyin qiymətləndirilməsi üçün binalarla bağlı fərdi aparılır, ümumi ərazi üzrə isə seysmiklik 7-8 baldır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçirdiyi müşavirələrdən birində tikinti məsələlərinə toxunmuşdu və bu işə ciddi nəzarət edilməli olduğunu demişdi.
"Bələdiyyələrin Fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında tikinti qaydalarına riayət edilmədən ucaldılan binaların real təhlükə mənbəyi olduğunu dedi:
- Tikinti zamanı standartlara ciddi əməl edilməlidir. Binalar arasındakı məsafə tikinti standartlarına uyğun olmalıdır. Mənzil Tikinti Kooperativləri bir çox hallarda tikinti qaydalarını pozur. Binalar bir-birinə elə yaxın məsafədə, sıx tikilir ki, Allah eləməmiş, zəlzələ olsa, dağılan bir bina o birini də yerlə-yeksan edəcək. Bunun günahı MTK-larda və bu tikintilərə göz yumanlardadır. Hamı bilir ki, Bakı seysmik zonada yerləşir. Buna baxmayaraq yenə də məsuliyyətsizlik edirlər. Bakı üçün ən əlverişli binalar 5 mərtəbələr idi. Bakıda 5 mərtəbələrin sayının vaxtilə çox olmasının səbəbi də bu idi ki, onlar seysmoloji şərtə uyğun tikilirdi. İndi daha modern inşaat üsulları var. 16 mərtəbə də tikə bilirlər, 20 mərtəbə də. Amma bir şərtlə ki, tikinti standartlara uyğun aparılsın. 20 mərtəbəlik binanı 12 mərtəbənin tikinti normativləri ilə tikməsinlər. İnanırıq ki, cənab Prezidentin tapşırığından sonra yeni tikililərə nəzarət gücləndiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual