Bakıda ananın özünü və uşaqlarını binadan atmasının TƏFƏRRÜATI: Əvvəl yataq otağının...
08:13 21.12.2020
Hadisə
666
Dekabrın 20-də, gecə saat 23:00 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi, ev 28-də yaşayan 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın yaşadığı binanın dördüncü mərtəbəsindən özünü yerə atması barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.
Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, Nigar Cəfərova həmin gün gecə saat 23:00 radələrində azyaşlı övladları - 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın dördüncü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.
Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İstintaq prosesində cinayətin motivi, o cümlədən, əhəmiyyət kəsb edə biləcək digər hallar tam və hərtərəfli araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya