Bakıda avtomobil səkiyə çırpılıb, sürücü ölüb

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Əmirəli Kərimovun idarə etdiyi "VAZ-2109" markalı, "42-CG-119" dövlət qeydiyyat nişanlı avtomobil səkiyə çırpılıb. Sürücü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb