Bakıda "Nissan" sərnişin avtobusuna çırpıldı: "Günah minik avtomobilinin sürücüsündədir" - FOTO
Məlahət Rzayeva
10:13 27.09.2019
Hadisə
1088
Bu gün saatr 11:00 radələrində paytaxtın Babək prospektində yol-nəqliyyat qəzası baş verib. Sherg.az-ın xəbərinə görə, “Nissan X-Trail” markalı avtomobil 64 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb. Zərbənin təsirindən avtomobilin sağ qanadı avtobusun içinə batıb. Avtomobil yararsız hala düşüb. Avtobusun arxa hissəsi və arxa işıqları dağılıb. Xoşbəxtlikdən nə sürücü, nə də sərnişinlərdən xəsarət alan olmayıb.
Adətən bu cür hallarda olduğu kimi yolda tıxac yaranıb, hərəkət intensivliyi pozulub. Əraziyə toplaşanlar avtobus sürücüsünü dayanacaqdan kənar saxlamaqda günahlandırmaqla yanaşı, avtomobilin ara məsafə saxlamaq qaydasını pozduğunu da deyirdilər.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Şərq”ə açıqlamasında əsas gühankarın “Nissan” sürücüsü olduğunu dedi:
- Əsas günahkar “Nissan” sürücüsüdür. Sürət həddini aşıb, ara məsafə saxlamayıb, manevr qaydalarını pozub. Buna görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə 40 manat cərimə ediləcək. Avtobusun sürücüsü isə dayanacaqdan kənar sərnişin götürdüyünə görə 4 ballıq – 100 manat məbləğində cərimə olunacaq. Avtomobilin sığortası varsa, dəymiş ziyanı sığorta qarşılayacaq. Avtobusa dəymiş ziyanı isə “Nissan” sürücüsü ödəməli olacaq.
Bir problem isə avtobusların dayanacaqdan kənar sərnişin mindirib-düşürmələridir. Amma bunu da deməliyik ki, bir çox hallarda sürücülər məcburiyyət qarşısında qalaraq dayanacaqdan kənar, yol kənarında avtobusa minirlər. Bugünki qəzanın baş verdiyi yol boyu avtobus dayanacağı yoxdur. Dayanacağın biri “Günəşli”də, biri də “Medical Plaza” qarşısındadı. Arada böyük bir məsafə qalır, hansı ki, orada sıx məskunlaşma var, bir müddət əvvəl isə “Araz market” fəaliyyətə başlayıb. Heç olmasa market fəaliyyət göstərdiyi üçün vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə piyada zolağı çəkmək olar. Fərdi evlərdə yaşayanlar avtobusa minmək üçün 500 metr piyada getməlidir?
E.Muradlı qeyd etdi ki, paytaxtda istər avtobuslar, istərsə də metro stansiyalarında dayanacaqlar düzgün müəyyənləşməyib:
- Metro stansiyalarının təyinində də problem var, avtobus dayanacaqlarında da... Dayanacaqlar arası məsafə düzgün deyil. Bəzi yerlərdə vətəndaşlar dayanacağa gəlmək üşün xeyli məsafə qət etməli olur. Məncə, Bakı Nəqliyyat Agentliyi dayanacaqlararası məsafə məsələsinə baxmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə